Göz ağrıları niyə yaranır? - Həkim oftalmoloqdan MƏSLƏHƏTLƏR
19.10.2021 10:28
Göz ağrılarının müalicəsi səbəbindən asılı olaraq aparılır. İsti yerli kompres, görmə gərginliyinin azaldılması, 8-9 saatlıq yuxu, istirahət, yerli medikamentoz müalicə, lazım olduğu hallarda sistematik müalicə təyin olunmaqla ağrı aradan qaldırılır.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva "Həkim məsləhəti" rubrikasında "Göz ağrısının yaranma səbəbləri" mövzusunda ətraflı məlumat verib.
Həkimin sözlərinə görə, ağrı iltihab əlamətlərindən biridir. Lokalizasiyasından asılı olaraq ağrının kəskinliyi, şiddəti dəyişir. Sinirlərlə zəngin olan göz və orbita – göz yuvası hər hansı iltihabi, işemik, törəmə kimi səbəblərdən, beyin mənşəli səbəblərdən ağrıya bilər. Göz almasının önündə, arxasında lokalizasiya olunan, göz almasının hərəkəti ilə əlaqəli olan və ya hərəkətlə əlaqədar olmayan, qırpma zamanı hiss olunan, səhər saatlarında yaxud günün sonuna doğru yaranan, qızartı və ya şişkinliklə müşayiət olunan, baş ağrısı fonunda, ürək bulanma ilə müşahidə olunan göz ağrısı şikayətləri ilə oftalmoloqa müraciət edən pasiyentlərdə diferensiasiya etməklə diaqnoz qoyulur.
Göz ağrısı şikayəti ilə müşahidə olunan bir çox patoloji vəziyyət var. Bunları göz xəstəliklərinin əlaməti və göz ilə əlaqədar olmayan hallar kimi qruplaşdırmaq olar. Göz ilə əlaqədar olan vəziyyətlərdə adətən digər başqa göz simptomları da olur. Gözdə qızartı, batma, sulanma, yad cisim hissi ilə, işığa həssaslıqla müşahidə olunan keratitlər gözdə ağrı ilə özünü büruzə verirlər. Bu zaman pasiyentlər ağrının qırpma ilə əlaqədar olduğunu və qapaq altına yad cisim düşməsi hissinin olduğunu bildirirlər.
Göz alması daxili qatlarının iltihabı, uveitlər gözdə qızartı, duman, bəbəklərin işığa reaksiyasının dəyişilməsi, bəbəklərdə bitişmələrin olması və ağrı ilə pasiyentləri həkimə gətirir.
Göz daxili təzyiqin yüksəlməsindən əziyyət çəkən qlaukoma xəstələrində də mütəmadi göz ağrıları ola bilir. Kəskin və şiddətli ağrı, qızartı, göz önündə rəngli həlqələrin görülməsi, görmə zəifləməsi, ürəkbulanma, qusma isə qlaukomatik kriz əlamətidir. Görmə siniri iltihabi – optik nevrit zamanı göz almasında yaranan ağrı, xüsusilə göz almasının hərəkəti zamanı narahat edir, yaxud olan ağrı hərəkət zamanı daha da kəskinləşir. Kəskin konyunktivitlər zamanı ağrı qızartı, ifrazat, ödemlərlə müşahidə olunur.
Qapaq iltihabı – blefarit və «it dirsəyi» zamanı ağrı qapaqlarda lokal şişkinliklə, qızartıyla başlayır.Göz yuvası toxumalarının müxtəlif səbəblərdən iltihabi zamanı orbitaya sirayət edən ağrıları pasiyentlər səhvən göz alması ağrısı kimi ifadə edirlər. Miozit, orbital selulit kimi vəziyyətlərdə ağrı görmə zəifləməsi, qapaqlarda və ətrafında kəskin ödem, göz alması hərəkətində məhdudiyyət ilə müşahidə olunur.
Gözə düşən yad cisim, gözdə kəskin quruluq, göz alması «ağı» – skleranın iltihabi olan sklerit və episkleritlər ağrı verir.
Müxtəlif dərəcəli refraksiya qüsurları, hipermetropiya, astiqmatizm korreksiya olunmadığı hallarda görmə gərginliyi zamanı ağrı yarana bilər. Xüsusilə qaşarası nahiyədə hiss olunan ağrıya iş gününün sonunda baş və boyun ağrıları da qoşulur. Bəzi çəplik növlərində gözdə ağrı olur. Belə hallarda ağrılar tək əlamət və şikayət olduğuna görə oftalmoloji patologiyanın aşkar yaxud inkar edilməsi üçün müayinə vacibdir.
Göz ilə əlaqədar olmayan ağrılar isə sinusit, diş iltihabı, miqren tutması, üçlü sinirin birinci şaxəsinin nevralgiyası, AT yüksəlməsi, hərarət yüksəlməsi zamanı, orbita divarı ətrafındakı sümüklərin travmatik sınıqları yaxud yumşaq toxumanın müxtəlif iltihabları zamanı müşahidə oluna bilər.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

