Regionlarda ödənişsiz döş qəfəsinin rentgen müayinələri təşkil edilib
19.10.2021 08:31

“Sağlamlığa Xidmət” İctimai Birliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə əməkdaşlıq çərçivəsində, “sağlam xidmət göstər” şüarı altında Gəncədə, Quba, Qusar, Astara, Lənkəran, Masallı, Goranboy və Bərdə rayonlarının ucqar kəndlərində yaşayan əhali üçün ödənişsiz döş qəfəsinin rentgen müayinələrini təşkil edib.

 

Aztibb.az xəbər verir ki, birlikdən bildirilib ki, aksiya 29 sentyabr-16 oktyabr tarixləri arasında həyata keçirilib. Müayinələr Yaponiya istehsalı “Fujifilm FDR X-Air” rəqəmsal, süni intellekt üstünlüyü olan portativ rentgen avadanlığı vasitəsilə həyata keçirilib. Aparatın üstünlüyü onun çəkisinin cəmi 6 kiloqram olması, daha az ultrabənövşəyi şüalar buraxmaqla daha keyfiyyətli və dəqiq görüntü əldə olunmasıdır.

Cihazın eyni zamanda açıq havada istifadəsi və batareya ilə ardıcıl 100 nəfəri müayinə etmək xüsusiyyətinin olması onun ucqar kəndlərdə, elektrik olmayan ərazilərdə istifadəsi üçün böyük üstünlük verir.

29 sentyabr-2 oktyabr tarixlərində Qusar Rayon Mərkəzi Xəstəxanasında (RMX), Samur kənd həkim məntəqəsində, Quba RMX-da, Nügədi kəndində aparılan rentgen müayinələrinin sayı 371 olub.

6-9 oktyabr tarixlərində Astara RMX-da, Pəlikeş kənd həkim məntəqəsində, Lənkəran RMX-də, Mamusta kəndində, Masallı rayonunda ağciyərlərin səyyar rentgen müayinəsini aparan ictimai birlik və institut əməkdaşları 349 nəfərin müayinədən keçirilməsinə nail olublar. Aparatın süni intellekt avadanlığının təqdim etdiyi nəticə isə 58 nəfərin ağciyərlərində dəyişikliklər olduğunu qeyd edib.

Növbəti aksiya 13-16 oktyabr tarixlərində Gəncədə, Goranboy və Bərdə rayonlarında həyata keçirilib. Bu zonada isə rentgen müayinəsindən keçirilənlərin sayı 360 nəfər təşkil edib.

Ümumilikdə 1070 nəfər müayinədən keçirilib. Ağciyərlərində dəyişiklik qeydə alınan vətəndaşlar RMX-də terapevtə və ya ftiziator müayinəsinə yönləndirilmiş, vərəm şübhəsi olan şəxslərdən isə aksiya zamanı müayinə üçün bakterioloji müayinə üçün nümunə toplanıb.

Dövlət və qeyri-dövlət sektorunun uğurlu əməkdaşlığı nəticəsində ən ucqar kəndlərdə yaşayan vətəndaşlar belə ödənişsiz müayinələrdən yararlanıblar.

Növbəti həftələrdə isə digər rayonlarda bu cür aksiyaların təşkil edilməsi planlaşdırılır.

 

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Allergiya Ayına həsr olunmuş seminar keçirilib