ATU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş turnir keçirilib - Fotolar
18.10.2021 11:02
ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin Debat Klubu tərəfindən 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş XXI daxili turnir keçirilib.
 
Aztibb.az xəbər verir ki, 16-17 oktyabr tarixində keçirilmiş turnirin açılış mərasimində çıxış edən Tələbə Həmkarlar İttifaqının sədri Elvin Kərimli tələbələrə 18 oktyabr tarixi haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıb.
 
Sonra THİK Debat Klubunun sədri Məhəmməd Məmmədov Müstəqilliyin Bərpası Günü və bu münasibətlə keçirilən yarışma barədə məlumat verib.
 
14 komandanın iştirakı ilə keçirilən turnirdə final oyununa “Yada Sal Məni” və “Devils” komandaları vəsiqə qazanıb və nəticədə “Yada Sal Məni” komandası XXI daxili turnirin qalibi olub.
 
Ümumilikdə 42 nəfərin iştirak etdiyi turnirdə 11 natiq fərqlənərək “Ən yaxşı natiqlər” adına layiq görülüb:
 
I yer: Süsən Məmmədli
II yer: Selcan İsmayılova
III yer: Aytac Yüzbəyova
IV yer: Lala Rövşənova, Fidan Seyfullayeva
V yer: Nuray Babakişiyeva
VI yer: Rüqəyya Səfərova
VII yer: Elçin Məmmədov
VIII yer: Xalid Abbaszadə
IX yer: Sənan Budayev
X yer: Vüsalə Ağayeva
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub