Heyvanın müalicəvi xüsusiyyətləri: FAYDALI RESEPTLƏR
21.10.2020 17:00

Heyva müxtəlif və çox dadlı kompotların, mürəbbələrin, cemlərin hazırlanmasında geniş istifadə olunur. Heyva, həmçinin çox faydalı müalicəvi məhsuldur.

 

Aztibb.az xəbər verri ki, heyvanın tərkibində bir çox faydalı maddələr - pektinlər, orqanik turşular, efir yağları, dəmir, mis, B qrupu, C vitaminləri, A provitamini (orqanizmdə A vitamininə çevrilir) mövcuddur.

 

- Heyva təbii sakitləşdirici məhsuldur. Stres, gərginlik zamanı heyva kompotu və ya heyva şirəsi (yarıbayarı alma, kök şirəsi ilə qarışdırın) çox yaxşı kömək edə bilər.Heyva bağırsaqları yaxşı "yığır" və bu səbəbdən bağırsaq infeksiyaları, ishal zamanı çox yaxşı kömək edir. Heyvadan belə dəmləmə hazırlamaq olar - 1 orta ölçüdə heyvanı yaxşı yuyun, təmizləyin, blenderdən keçirin. Kütləni kiçik termosa töküb üzərinə 1 stəkan qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində için. Belə dəmləmə, həmçinin damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır.

 

- Bu dəmləməni xroniki tonzillit (angina) zamanı müalicəvi vasitə kimi istifadə etmək olar (kəskinləşmə dövrü xaric). Bu dəmləmə ilə boğazınızı qarqara edin.

 

- Heyva dəmləməsi babasil zamanı da islatmalar şəklinə istifadə oluna bilər. Pambıq parçanı bu dəmləmədə isladın və babasil düyünlərinin üzərinə qoyun.

 

- Heyva virus və iltihabəleyhinə təsirə malikdir. Soyuqdəymə və qrip zamanı heyvadan müalicəvi çay hazırlamaq olar. Orta ölçüdə olan heyvanı xırda doğrayın və üzərinə 1 stəkan qaynar su əlavə edib termosda 1 saat ərzində dəmləyin. Daha sonra çayı süzün, bıçağın ucunda darçın və zəncəfil tozu və 1 çay qaşığı bal əlavə edin. Bu çayı gün ərzində 2-3 fıncan olmaqla için.

 

- Adətən heyvanı təmizləyərkən, biz onun iç hissəsini atırıq. Lakin bu iç hissəsindən çox təsirli təbii dərman hazırlamaq olar. Heyva toxumlarının dəmləməsi çox yaxşı iltihabəleyhinə və bəlğəmgətirici vasitədir. 1 xörək qaşığı heyva toxumlarını 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər olmaqla qəbul edin.

 

- Heyva yarpaqlarının və toxumlarının (birlikdə) dəmləməsi sidikqovucu təsir edir, ödemləri azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib