Vüqar Qurbanov Acıbadem Səhiyyə Qrupunun Tibb Bacıları Xidmətinin direktoru ilə görüşüb
13.10.2021 16:12
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Acıbadem Səhiyyə Qrupunun Tibb Bacıları Xidmətinin direktoru Saliha Koç Aslanı və qurumun məsul şəxslərini qəbul edib.
 
Aztibb.az xəbər verir ki, görüşdə Vüqar Qurbanov Azərbaycan və Türkiyə Respublikaları arasında bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də mühüm işlərin görüldüyünü bildirib. O, vətəndaşlarımızın keyfiyyətli səhiyyə xidmətinə əlçatanlığının təmin edilməsi istiqamətində tətbiq olunan icbari tibbi sığortanın mühüm rolunu diqqətə çatdırıb. Vüqar Qurbanov son illərdə ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda müasir standartlara cavab verən xəstəxanaların inşa edilərək istifadəyə verildiyini də vurğulayıb.
 
Sonra Saliha Koç Aslan çıxış edərək “Acıbadem Sağlamlıq Xidmətləri və Ticarət A.Ş.”nin fəaliyyət istiqamətləri, COVID-19 pandemiyası zamanı göstərdiyi xidmətlər və peyvəndləmə barədə ətraflı məlumat verib.
 
Görüş Türkiyə və Azərbaycanda COVID-19-la mübarizə tədbirləri, pandemiya ilə bağlı mövcud vəziyyət, vaksinasiyanın gedişatı, tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam etdirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub