Hər kəsin yemək norması olmalıdır – Ekopatologiyalar
11.10.2021 12:28

Ekopatologiyalar ətraf mütitlə bağlı amillərdən irəli gəlir. Bu çox ya da az yeməklə bağlı həyat tərzinin xəstəlikləridir. Az yeyəndə orqanizmə vitaminlərin, mikroelementlərin, zülalların qatılması da azalır və bu da ağır xəstəliklərə gətirib çıxardır. Çox yeyəndə isə, ürək-damar xəstəliklərinə, xərçəngə, diabetə gətirib çıxardan ağır patalogiyalar yaranır.

 

Buna görə də, qidalanmanın həddindən artıq və ya balanssız olması onun çatışmazlığından daha az dağıdıcı rol oynayır.

 

Aztibb.az ekologiya və insan sağlamlığı mövzusunda növbəti yazını təqdim edir.

 

Alimlərin fikrincə, ekoloji böhranların və kataklizmlərin hazırda arealının həddindən çox genişlənməsinin ən ümdə səbəbi antropogen fəaliyyət və ekoloji bumeranqın təsirindən yaranan qlobal istiləşmə və iqlim anomaliyalarıdır. Onlar qarşısıalınmaz ekoloji disbalans nəticəsində insan üçün qorxulu ekopatologiyaların arealının genişlənməsinə çox böyük zəmin yaradır.

 

Mütəxəssislər ekopatologiyaları təsnif edərək bir neçə qrupa bölürlər.

 

Ekopatologiyalara gətirən amillərdən biri  rafinə edilmiş yemək çeşidləridir. Bunları da iqtisadi baxımdan güclü olan ölkələrin böyük şəhərlərində yaşayanlar yeyir. Bunun kimi heyvan piyi, qənd, konservlər, kolbasalar sosislər, hisləmmiş və duzlanmış yeyəcəkləri də tez-tez yemək olmaz, imkan varsa onlardan çəkinmək gərəkdir. Bütün bunlar da mədə-bağırsaq sistemində və ümümiyyətlə bütün orqanizmində xəstəliklərə gətirən patologiyalar yaradırlar.

 

Ekopatologiyalara səbəb olan digər amillərdən biri mutant genlərin daşıyıcılarında baş verən irsi xəstəliklərdir. Mutasiyaların səbəb olduğu xəstəliklərə xromosom pozğunluqları nəticəsində ortaya çıxan Daun sindromu, hemofiliya və metabolik xəstəlikləri misal göstərmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev