Psixoloq: "Uşaqlara vaksin vurulması  valideynlərdə psixonevrozu  artırıb"
08.10.2021 22:59

“Media, internet üzərindən maarifləndirmə işləri aparılmalıdır. Çox  təəssüf  ki, Azərbaycan mediasında  maarifləndirmə zəifdir. Buna görə də valideynlər haqlı olaraq da öz etirazlarını bildirirlər”.

 

Aztibb.az xəbər verir ki, bu sözləri psixoloq Ramidə Oqtayqızı AzEdu.az-a açıqlamasında deyib. Onun sözlərinə görə,  uşaqları qorxutmaq, vaksini hər hansısa xəstəliyin mənbəyi kimi bəyan etmək  düzgün deyil. Şagirdləri doğru şəkildə məlumatlandırmalıyıq. Vaksinin insanlara virusdan qorunmaq məqsədilə vurulduğunu, bunun gələcəyimiz üçün faydalı olduğunu uşaqlara başa salmalıyıq.

 

Psixoloq  bildirib ki, yeniyetmələrə dəqiq məlumatları  bilmədən  “sən alergiyalısan, vaksin vurulsa, səhhətində problem yaranacaq“  kimi ifadələrdən istifadə etmək onların psixologiyasını poza bilər.

 

Qeyd edək ki, oktyabr ayının 5-dən etibarən Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Vaksinasiya prosesi mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər