Vüqar Qurbanov ÜST-ün Azərbaycan nümayəndəliyin təmsilçisi ilə görüşüb
08.10.2021 15:29
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov ÜST-ün Azərbaycan nümayəndəliyin təmsilçisi, PROACT-Care layihəsinin rəhbəri İbrahim Durak və qurumun məsul şəxslərini qəbul edib.
 
Aztibb.az xəbər verir ki, görüşdə Vüqar Qurbanov istər COVID-19-la mübarizə tədbirləri, istərsə də ölkəmizdə səhiyyə yönümlü işlərin həyata keçirilməsində ÜST-ün rolunun vacibliyindən bəhs edib. O, Şamaxı rayonunda icra olunan PROACT-Care layihəsinin bölgələrdə səhiyyə xidmətinin əlçatanlığı baxımında mühüm əhəmiyyətə malik olduğunu bildirib.
 
Daha sonra çıxış edən İbrahim Durak layihə çərçivəsində Şamaxıda ilkin səhiyyə xidmətinin səviyyəsinin qiymətləndirilməsi ilə bağlı əhali arasında bir həftə ərzində həyata keçirilən təhlil, onun nəticələri və növbəti mərhələlərdə bu sahədə atılacaq addımlar barədə geniş məlumat verib.
 
Sonda tibb işçilərinin biliklərinin artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində müzakirələrin aparılması baxımından bu kimi görüşlərin müntəzəm olaraq keçirilməsi barədə razılıq əldə edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib