"Hazırda orta ağır xəstələrə də ambulator xidmət göstərilir" - Baş infeksionist
07.10.2021 12:36

“Ambulator xidmətdə istifadə edilən protokollara Operativ Qərargahın tövsiyələrinə əsasən yenidən baxılır. Çünki ambulator şəraitdə müalicə alan xəstələrin də çeşidi dəyişib”.

 

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

 

Baş infeksionist bildirib ki, əvvəl yalnız yüngül xəstələr evdə saxlanılırdısa, indi orta ağır xəstələrə də ambulator xidmət göstərilir: “Onların müalicə üsulu daha əhatəli olmalıdır. Bu bizim yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyimiz protokollarda əksini tapacaq”.

 

T. Eyvazov qeyd edib ki, pandemiya dövründə koronavirusla mübarizəyə cəlb edilən mütəxəssislərin sayı 3000-dən çoxdur: “Cəlb olunan mütəxəssislərin xeyli hissəsi qeyri-ixtisas həkimləridir. Bu işlə məşğul olan infeksionistlərin sayı çox məhduddur. Bu hal təkcə Azərbaycana məxsus deyil”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib