TƏBİB-in və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə təlim keçirilib
05.10.2021 12:52
TƏBİB və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə Yeni Klinikanın Təlim Mərkəzində psixoloqlar üçün “Fövqəladə hallar zamanı və belə hallardan sonra psixoloji dəstək” üzrə təlimin son modulu keçirilib.
 
Tədbirdə TƏBİB-in Tibbi xidmətlər departamentinin baş mütəxəssisi Nərmin Osmanlı, BQXK-nin Psixi sağlamlıq və psixososial dəstək proqramının psixoloqları Banu Əlizadə və Rövşən Süleymanov, eləcə də TƏBİB-in regional psixoloji xidmət mərkəzlərinin psixoloqları iştirak ediblər.
 
Bakı və Naftalan şəhərləri üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 20 psixoloqun iştirakı ilə keçirilən təlimlər zamanı pasiyent və onlara qayğı göstərən şəxslərdə depressiya, ağırlaşmış yas, intihar, stress və təşviş haqqında psixo-maarifləndirmə, qrup terapiyasına giriş, uşaqlarla konsultasiya bacarıqları və müxtəlif texnikalar əhatə olunub.
 
Sonda hər üç modulda uğurla iştirak etmiş psixoloqlara sertifikatlar təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib