Qan təzyiqi dərmanları COVID-19-a yoluxmanın qarşısını alır?
29.08.2020 17:41

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, yüksək qan təzyiqi üçün müəyyən dərman qəbul edən xəstələrdə bu preparatları qəbul etməyən xəstələrə nisbətən COVID-19 virusuna yoluxma və ölüm riski daha azdır.

 

Aztibb.az medicalnewstoday.com saytına istinadən xəbər verir ki,  pandemiyanın başlanğıcında, əsasən hipertansiyonun (yüksək qan təzyiqi) müalicəsi üçün istifadə edilən bir neçə növ dərmanın infeksiyanı pisləşdirə biləcəyinə dair narahatlıqlar müşahidə olunurdu. Sözügedən dərmanlar angiotensin çevirici enzim inhibitorları (ACE inhibitorları) və angiotensin reseptorlarının blokatorlarıdır (ARB). Hər iki dərman qan təzyiqini tənzimləyən hüceyrələrin səthində olan ACE2 reseptoru ilə qarşılıqlı əlaqə quraraq orqanizmə təsir edir.

 

Belə ki, COVID-19-a səbəb olan SARS-CoV-2 virusu insan orqanizmindəki hüceyrələrə daxil olmaq üçün ACE2 istifadə edir. Bəzi elm adamları ACE inhibitorları və ya ARB-lərin qəbul edilməsinin bu reseptorların sayını artıra biləcəyini və bu səbəblə infeksiyanı daha da şiddətləndirə biləcəyini düşünürdülər.

 

Sözügedən tədqiqat nəinki yüksək qan təzyiqi dərmanları, hətta digər ürək-damar xəstəlikləri üçün qəbul edilən dərmanların da uzunmüddətli istifadəsinin infeksiyanın şiddətini azalda biləcəyini və COVID-19 virusuna qarşı mübarizədə effektiv olduğunu təsdiqləyib. 

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
İSİM-in bir qrup işçisi təltif olunub
Gəncədə 
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib