Bir tibbi brendin tarixi: “AstraZeneca”  
27.12.2021 16:55
“AstraZeneca” baş ofisi İngiltərənin Kembric şəhərində yerləşən İngilis-İsveç əczaçılıq şirkətidir.
 
1913-cü ildə yaradılan şirkət 16 ölkədə istehsalla məşğuldur və məhsulları 170-dən çox ölkədə satılır.
 
2012-ci ildə dərman satışı və onlarla ölkədə apardığı araşdırmalarına görə dünyanın 7-ci ən böyük əczaçılıq şirkəti olub.
 
“AstraZeneca” bir çox mühüm tibbi sahələr, xüsusilə onkologiya, diabet, ürək-damar və tənəffüs sistemi xəstəliklərinə qarşı dərmanlar istehsal edir.
 
Şirkət 1999-cu ildə İsveçdə yerləşən “Astra AB” və Böyük Britaniyada yerləşən “Zeneca Group”un birləşməsi ilə yaradılıb və bu günə qədər “Cambridge Antibody Technology”, “MedImmune”, “Spirogen” və “Definiens” kimi bir çox təşkilatları birləşdirir.
 
23 Noyabr 2020-ci ildə “Oxford-AstraZeneca” peyvəndlərinin uğurlu sınaqdan keçirildiyini elan edərək, insanlarda 70% simptomların inkişafının qarşısını aldığını açıqlayır.
 
30 dekabr 2020-ci ildə Böyük Britaniya “AstraZeneca”nın koronavirus peyvəndinin təcili istifadəsini təsdiqləyir.
 
29 yanvar 2021-ci ildə Avropa Dərman Agentliyi (EMA) 18 yaşdan yuxarı insanlara şirkətin peyvəndi olan “AZD1222” üçün şərti marketinq icazəsinin verilməsini tövsiyə edir.
 
30 mart 2021-ci ildə İsveç Dərman Agentliyi EMA-nın təsdiqindən sonra peyvəndin adını “Vaxzevria” olaraq dəyişəcəyini bildirir.
 
Hazırda “AstraZeneca” yüksək məbləğli səhiyyə xidmətinə görə London Fond Birjasında ilkin siyahıda yer alır.
 
Oksford Universiteti ilə birgə əməkdaşlıq edərək, peyvənd hazırlayan “AstraZeneca” şirkəti ötən ayın məlumatına görə, pandemiya başlayandan dünya ölkələrinə 2 milyard doza peyvənd tədarük edib. Bu göstəriciyə əsasən dünya səviyyəsində “AstraZeneca” yalnız Çinin “Sinovac” şirkətindən geri qalıb.
 
Şirkət hesab edir ki, bu peyvəndlə indiyədək 50 milyon insan peyvənd olunub.
 
Mütəxəssislər “AstraZeneca” peyvəndi və onun müsbət təsirləri ilə bağlı kifayət qədər elmi tədqiqatların mövcud olduğunu qeyd edirlər. Bildirilir ki, aparılan elmi tədqiqatlarda peyvənd olunan şəxslərdə virus yükünün xeyli aşağı endiyi məlum olub.
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev