Dünyada İLK: Koronavirus əleyhinə nazal vaksin qeydiyyatdan keçib  
03.04.2022 18:09

Rusiyanın Səhiyyə Nazirliyi koronavirus infeksiyasının profilaktikası məqsədilə N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin işləyib hazırladığı “Qam-kovid-vak” (“Sputnik V”) vaksininin nazal formasını qeydiyyatdan keçirib.

 

Aztibb.az bu barədə sputnik.by-a istinadla xəbər verir.

 

Bildirilir ki, vaksin “Sputnik V” vaksini kimi iki komponentdən ibarətdir və xüsusi taxma-püskürdücü vasitəsilə burun boşluğuna 3 həftə intervalla, yəni “praym-bust” rejimində yeridilir.

 

Nazirlikdə izah ediblər ki, bu cür immunlaşdırılma koronavirus infeksiyasına yanaşmada tənəffüs yolu seliyinin səthində mukozal immunitet formalaşdırır. “Pasiyentlərə nazal vaksinin tətbiqi “SARS-CoV-2” virusunun əmələ gətirdiyi infeksiyaya qumoral və hüceyrə immunitetli cavabı formalaşdırır”, - deyə məlumatda qeyd olunur.

 

Hazırkı mərhələdə preparatdan 18 yaş və yuxarı yaş həddində olan şəxslərin vaksin profilaktikasını yerinə yetirən tibb müəssisələri şəraitində istifadə olunmasına icazə verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev