Avropada dərman qıtlığı yaşanır - PGEU AÇIQLADI
03.02.2023 10:54

Avropa ölkələrində bir müddətdir dərman çatışmazlığı problemi davam edir. Xüsusilə antibiotik, uşaqlar üçün öskürək siropu, qızdırma salan və təzyiq dərmanlarının tapılmasında problem olduğu bildirilir. 

 

Aztibb.az trthaber.com-ya istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Əczaçılıq Qrupu (PGEU) 14 noyabr-31 dekabr tarixləri arasında Aİ ölkələri, həmçinin Türkiyə, Norveç, Kosovo və Şimali Makedoniya da daxil olmaqla 29 ölkədəki apteklərdə apardığı araşdırmanın nəticəsini açıqlayıb. 

 

Yüzlərlə adda dərmanın tədarükündə problemlərin olduğu bildirilib. Bunu Avropa ölkələrinin səhiyyə və tibb üzrə səlahiyyətli orqanlarının məlumatları da təsdiqləyib.  

 

Mütəxəssislər bu qış xəstəliklərin artmasına səbəb kimi immunitet sisteminin güclənə bilməməsini görürlər. Digər səbəblər kimi COVID-19 epidemiyasının uzun müddət davam etməsi, artan infeksiyalar qarşısında dərman istehsalçılarının yüksək tələbata hazır olmaması, Avropada yaşanan enerji böhranı və artan xammal qiymətlərinin istehsala təsiri görülür.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev