ATU-nun prorektoru 5-ci Mərkəzi Asiya Beynəlxalq Forumunda çıxış edib
04.10.2021 11:42
Azərbaycan Tibb Universitetinin (ATU) prorektoru “Ali təhsil səviyyəsinin təminatı: dünya tendensiyaları və regional aspektlər" mövzusunda 5-ci Mərkəzi Asiya Beynəlxalq Forumunda çıxış edib.
“Universitetin akkreditasiyası təhsilin ən vacib cəhətlərindən biridir və əsas vəzifəsi təhsilin yüksək keyfiyyətini təmin etməkdir. Akkreditasiya universitetin fəaliyyətinə verilən qiymətlə yanaşı, həm də onun gələcək inkişafı üçün zəmin təşkil edir”.
Aztibb.az xəbər verir ki, bu fikirləri ATU-nun Təlim-tərbiyə işləri üzrə prorektor dosent Zülfüqar Musabəyov "Ali təhsil səviyyəsinin təminatı: dünya tendensiyaları və regional aspektlər" mövzusunda 5-ci Mərkəzi Asiya Beynəlxalq Forumunun onlayn tədbirində iştirakı zamanı bildirib. Prorektor Z.Musabəyov onlayn toplantıda “Azərbaycan Tibb Universitetinin tədrisində dünya tendensiyalarının regional aspektləri” mövzusunda çıxış edib. Qeyd edib ki, müasir dünyada iş axtaranların bitirdiyi universitetin reytinqi, nüfuzu və rəqabətə davamlılığı xüsusi önəm kəsb edir: “Ali məktəbin tanınmasında isə beynəlxalq akkreditasiya mühüm rol oynayır. Bu proseduru ali məktəblərin öz proqramlarını təkmilləşdirməsi üçün adekvat qiymətləndirmə kimi hesab etmək olar. Beynəlxalq akkreditasiya könüllü olsa da, dünya bazarında mövqelərini möhkəmlətməyə, öz işinə kənardan baxmağa imkan yaradır”.
ATU-nun prorektoru Z.Musabəyov forum iştirakçılarına universitetin tarixi, fəaliyyəti, strukturu və idarəetmə qaydaları haqqında məlumat verib. Həmçinin, Azərbaycanda qəbul imtahanları, ATU-ya qəbul qaydaları, xarici tələbələrin qəbul prosedurundakı yeniliklər və digər maraqlı məqamları da onların diqqətinə çatdırıb. Bidlirib ki, ATU-da təhsil bakalavriat, magistratura, rezidentura və doktorantura səviyyəsində aparılır. Üç dildə təhsil verən Tibb Universitetində hazırda 7 minə yaxın tələbə təhsil alır ki, onlardan da 2200-dən çoxu xaricilərdir. Z.Musabəyov ATU-nun nəzdində fəaliyyət göstərən klinikalar, kitabxana və oxu zalları, tələbələr üçün yataqxanalar və s. haqqında da danışıb. Prorektor çıxışında universitetin beynəlxalq əlaqələrinə xüsusi yer ayırıb:
“Universitetimiz Azərbaycandakı xarici diplomatik nümayəndəliklərlə əlaqələr qurmaq və inkişaf etdirmək siyasəti yürüdür. ATU tibb təhsili sahəsində aparıcı universitet və təhsil müəssisələri ilə həm ikitərəfli, həm də çoxtərəfli müqavilələr bağlayır, beynəlxalq konfranslar, simpoziumlar və seminarlar təşkil edir. Son üç ildə biz 35 beynəlxalq saziş imzalamışıq. Tərəfdaşlarımız arasında Türkiyə, Rusiya, Portuqaliya, Moldova, Almaniya, Çin, İsrail, Ukrayna, Qazaxıstan və Belarusdan digər ölkələrdən olan aparıcı tibb məktəbləri, klinikaları, laboratoriyalar, elmi araşdırma mərkəzləri var”.
ATU-nun Təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov çıxışının sonunda təmsil etdiyi ali məktəbin qarşısında duran hədəflərdən söz açıb. Bildirib ki, əsas məqsəd yalnız Azərbaycanda deyil, həm də xaricdə tanınmış yüksək ixtisaslı karlar yetişdirməkdir. “Əminəm ki, sıx əməkdaşlıq universitetimizin yeni bir təhsil platformasına uğurla keçməsinə kömək edəcək” bildirən Z.Musabəyov forum iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, "Ali təhsil səviyyəsinin təminatı: dünya tendensiyaları və regional aspektlər" mövzusunda 5-ci Mərkəzi Asiya Beynəlxalq Forumu Mstəüil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) 10 illiyinə həsr olunub.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

