COVID-19-dan sağalan həkim Niyazi Eminov evə buraxılıb - FOTO
30.09.2021 15:25
Bir müddət öncə koronavirusa yoluxub sağalmış həkim, ümumi cərrahiyyə uzmanı Niyazi Eminov müalicə aldığı Mərkəzi Gömrük Hospitalından evə buraxılıb.
 
Evə buraxılarkən kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində koronavirus infeksiyasına yoluxmamaq üçün əlindən gələni etməsinə, pasiyentlərlə məsafə saxlamasına baxmayaraq bu virusa yoluxduğunu deyib: "Ev şəraitində edilən bütün müalicələrə rəğmən effektiv nəticə əldə olunmadı. Digər xəstəxanalardan birində stasionar müalicəyə başladım. Xəstəxanaya daxil olduqda ağciyərlərimdə 30 faiz buzlaşma olsa da, qısa bir müddət ərzində 90 faizə qədər yüksəldi".
 
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq şöbəsinin rəisi Tural Sadıqovun sözlərinə görə, peşəkar həkimlər tərəfindən aparılan intensiv müalicə nəticəsində, ECMO-ya qoşulmağa ehtiyac duyulmadan N.Eminovun səhhətində müsbət dinamika əldə olunub və o, 24 sentyabr tarixində süni tənəffüs aparatından ayrılaraq stasionar şəraitdə müalicəsini davam etdirib. Hazırda N.Eminovun vəziyyəti kafi stabildir və ambulator şəraitdə müalicəsinin davamı üçün evə yola salınır.
 

“Həkimlərimizə Mərkəzi Gömrük Hospitalında yüksək səviyyəli tibbi xidmət göstərmək üçün şərait yaradan dövlət başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədova və Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədova öz təşəkkürümüzü bildiririk”, - deyə T. Sadıqov qeyd edib.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib