TƏBİB və AMEA-nın birgə təşkilatçılığı ilə elmi-tədqiqat institutlarına metodik dəstək məqsədli görüş keçirilib
29.09.2021 15:05

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat və Təhsil Departamenti və AMEA-nın Beynəlxalq əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib.

 

Aztibb.az xəbər verir ki, TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə, görüş qurumların tabeliyində olan elmi-tədqiqat institutlarının tibb sahəsində beynəlxalq qrant proqramlarına müraciət etmələrinə metodik dəstək məqsədilə təşkil edilib.

 

Tədbirdə TƏBİB-in şöbə müdiri Emil Civişov, AMEA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent  Esmira Əlirzayeva, “Horizon-EUROPE” Tədqiqat və İnnovasiya Proqramı üzrə milli əlaqələndirici şəxslər, İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri Tofiq Babayev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Zaur Həsənov, Azərbaycan Tibb Universiteti və Azərbaycan Gənclər və İdman Nazirliyinin əməkdaşı Rəhimə Qabulova, AMEA Coğrafiya İnstitutunun əməkdaşı Rövşən Kərimov, TƏBİB-in məsul əməkdaşları Fərəh Osmanova, Nərgiz Sadıqzadə, eləcə də qurumun tabeliyində olan elmi-tədqiqat institutlarının əməkdaşları iştirak ediblər.

 

Tədbirdə “Horizon-EUROPE” Tədqiqat və İnnovasiya proqramı üzrə milli əlaqələndirici şəxslər tərəfindən layihə ilə bağlı təqdimatlar nümayiş olunub və mövzu ilə bağlı suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub