Türkiyəli nazirlə qida məhsullarının idxal-ixracına nəzarət prosesi müzakirə edilib - FOTO
29.09.2021 10:33
AQTA sədri Qoşqar Təhməzli Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb.
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb.
Görüş çərçivəsində qida təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq üzrə Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq üzrə Saziş”in imzalanması prosesinin sürətləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkəmizdə heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası sisteminin qurulması ilə bağlı məsələləri diqqətə çatdıran AQTA sədri Q. Təhməzli qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində birgə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyini vurğulayıb.
Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli qeyd edib ki, Azərbaycan və Türkiyə arasında qida və kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıq qurulub.
Tərəflər qida məhsullarının idxal-ixracına nəzarət prosesini sürətləndirmək məqsədilə elektron sistemlərin uyğunlaşdırılması və elektron sertifikatların tanınması üzrə işlərin həyata keçirilməsi, qida məhsullarının izlənilməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi istiqamətində müzakirələr aparıb. Görüşdə həmçinin işğaldan azad olunmuş rayonlarda heyvan xəstəliklərindən azad zonanın (HXAZ) yaradılması üzrə əməkdaşlıq, xəstəlikdən azad zona yaradılana qədər xüsusi karantin prosedurlarını tətbiq etməklə diri heyvan və heyvan mənşəli məhsulların Türkiyəyə ixrac imkanlarının nəzərdən keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, eləcə də “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planı” və bir sıra digər memorandum və saziş layihələri imzalanıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

