COVID-19-u ağır keçirmiş azərbaycanlı alim həkimlərin səyi nəticəsində sağalıb
27.09.2021 12:27

COVID-19-a yoluxan AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva 80 saturasiya, 40% buzlaşma ilə Mərkəzi Gömrük Hospitalına müraciət edib.

 

Bu barədə Aztibb.az-a Səyyarə İbadullayeva özü məlumat verib.

 

“Mərkəzi Gömrük Hospitalının təcrübəli infeksionist-həkimi Mədinə Abdullayeva başda olmaqla tibb kollektivinin düzgün müalicəsi nəticəsində çox ağır formada keçən COVID-19-dan sağalmağım mümkün oldu. Bütün kollektivə öz təşəkkürümü bildirirəm”, - deyə professor qeyd edib.

 

Alim, həmçinin xəstəliyi müddətində AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Bölməsinin akademik-katibi, akademik İradə Hüseynovanın və Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramovun onun səhhəti ilə yaxından maraqlandıqlarını vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər