Avropa İttifaqının əməkdaşı AQTİ laboratoriyalarının iş prinsipi ilə tanış olub
24.09.2021 16:09

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Rayner Freund Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalarla tanış olub.

 

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, səfərin məqsədi qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması sahəsində avropalı mütəxəssislərlə birgə əməkdaşlığın, təcrübə mübadiləsinin daha da genişləndirilməsidir.

 

Tanışlıq səfəri zamanı Aİ-nin ölkəmizdəki nümayəndəliyinin əməkdaşı ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin AQTİ-nin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək sahəsində Aİ-nin Azərbaycanda reallaşdırdığı uğurlu layihələrdən danışılıb.

 

Həm iş prinsipini öyrənmək, həm də müayinə metodları, ekspertiza və tədqiqat xidmətləri ilə yaxından tanış olmaq məqsədilə R. Freund AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış keçirib. Qonağa laboratoriyaların fəaliyyət istiqaməti, maddi-texniki bazası, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığı, səriştəlilik sınaqlarında əldə olunmuş yüksək nəticələr barədə ətraflı məlumat verilib.

 

Görüşdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının daha səmərəli təşkilini təmin etmək baxımından Aİ ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər, bilik və bacarıqların mübadiləsi müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub