Yaponiyalı bacılar əkizlər arasında uzunömürlülüyə görə “Ginnesin rekordlar kitabı”na daxil ediliblər
21.09.2021 10:33

Yaponiyalı bacılar Umeno Sumiyama və Kome Kodama əkizlər arasında uzunömürlülüyə görə rəsmi olaraq “Ginnesin rekordlar kitabı”na daxil ediliblər.

 

Aztibb.az xəbər verir ki, bu rekord barədə sertifikat onlara 108 yaşlarının tamam olmasına bir neçə gün qalmış təqdim edilib. Bildirilir ki, həmin titul onlara 107 yaş 330 gün yaşadıqdan sonra verilib.

 

Bacılara sertifikatlar sentyabrın 20-də - Yaponiyada rəsmi olaraq milli bayram kimi qeyd edilən Ahıllar Günündə təqdim olunub.

 

Bildirilir ki, bu rekord əvvəllər Yaponiyadan olan əkizlər Kin Narita və Cin Kaniyə məxsus olub. Onlar birlikdə 107 il 175 gün yaşayıblar.

 

Hazırkı rekordçuların ölkənin qərbində yerləşən Sadoşima adasında 1913-cü il noyabrın 5-də dünyaya gəldikləri, 11 bacı və qardaşdan ibarət ailənin üçüncü və dördüncü övladları olduqları qeyd edilir. Məktəbi bitirdikdən sonra bacılar müxtəlif adalarda yaşasalar da, 70 yaşdan sonra daha tez-tez görüşərək, birlikdə Yaponiyanın buddist məbədlərini ziyarət ediblər.

 

Hazırda onların ayrı-ayrılıqda müxtəlif qocalar evində yaşadıqları və çoxdan arzuladıqları sertifikatları da məhz bu evlərdə aldıqları qeyd edilir.

 

Əlavə olaraq bildirək ki, hazırda Yaponiyada 86 min 510 uzunömürlü yaşayır və onların yarıdan çoxu 100 yaşı ötüb.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Milli Hematologiya və Transfuziologiya Mərkəzində elmi seminar: “Hemolitik-uremik sindrom” 
Beyləqan RMX-da təcili hallarda ilkin yardım və CPR qaydaları üzrə təlim keçirilib