Körpələr niyə doğulan kimi peyvənd olunmalıdır?
10.08.2026 14:40

BSG peyvəndi vərəm xəstəliyinə qarşı vurulan peyvənddir.

 

Aztibb.az-ın xəbərinə görə, vərəm dünyada ən çox ölüm hallarına səbəb olan infeksion xəstəliklər siyahısında ön sıralarda yer alır. Aktiv vərəm forması daşıyan və müalicə olunmayan tək bir şəxs, il ərzində 15-ə qədər sağlam insanı yoluxdurma potensialına malikdir.

 

Vərəm üçün skrininq müayinələrinin hər kəsə şamil edilməsi bu xəstəliyə qarşı cəmiyyətdəki mənfi yanaşmanı aradan qaldıra bilər. Çünki cəmiyyət tərəfindən qınanmaq qorxusu əksər hallarda insanların vaxtında həkimə getməsinə mane olur və nəticədə müalicə gecikir.

 

Vərəmin yayılmasını dayandırmaq üçün erkən diaqnostika, vaxtında başlayan effektiv müalicə və risk qrupunda olan şəxslərin müəyyən edilməsi vacibdir. Lakin ən güclü müdafiə forması xəstəliyi hələ başlamadan önləməkdir.

Xəstəliyin əsas göstəricilərinə 2-3 həftədən çox çəkən bəlğəmli öskürək, sinədə ağrılar, uzunmüddətli yüksək hərarət, gecə tərləmələri, qəfil çəki itkisi və ümumi halsızlıq daxildir.
Uşaqları vərəm infeksiyasından və onun yarada biləcəyi ağır fəsadlardan sığortalamaq üçün onlar vaxtında peyvənd edilməlidir.

Bu məqsədlə, yeni doğulmuş körpələrə həyatının ilk 12 saatı ərzində BSG peyvəndi vurulur.

Bu peyvənd vasitəsilə əldə olunan immunitet insanı ömrünün sonunadək bu təhlükədən qorumaq üçün kifayət edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır