Səhər gəzintisinin sağlamlığa 7 mühüm faydası
10.08.2026 18:57

Səhər saatlarında müntəzəm gəzinti fiziki aktivliyi artırmaqla yanaşı, psixi və emosional sağlamlığa da müsbət təsir göstərə bilər.

Aztibb.az xəbər verir ki, araşdırmalara əsasən, sürətli yeriş ömrün uzadılmasına, ürək-damar xəstəlikləri, insult, diabet və bəzi xərçəng növlərinin riskinin azalmasına kömək edə bilər. Müntəzəm gəzinti həmçinin qan təzyiqini aşağı sala, enerji və yaddaşı yaxşılaşdıra, çəki artımının qarşısını ala bilər.

Gündəlik gəzinti immun sisteminin fəaliyyətini dəstəkləyir, qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir və oynaqların sağlamlığını qoruyur. Bundan əlavə, fiziki aktivliyin depressiyanın yüngül və orta dərəcəli əlamətlərini azaltmağa və demensiya, o cümlədən Alzheimer xəstəliyi riskinin aşağı düşməsinə təsir göstərə biləcəyi bildirilir.

Mütəxəssislər səhər gəzintisinin ən azı 20-30 dəqiqə davam etməsini və həftədə 5 və ya daha çox gün təkrarlanmasını tövsiyə edir. Ümumi fiziki aktivliyin həftədə ən azı 150 dəqiqə olması məqsədəuyğundur.

Səhər gəzintisinə başlamaq üçün geyim və ayaqqabıları əvvəlcədən hazırlamaq, gəzintidən əvvəl və sonra dartınma hərəkətləri etmək, gecə gəzintilərində isə əks etdirici geyimlərdən istifadə etmək tövsiyə olunur. Gəzinti məsafəsi və müddəti isə insanın fiziki imkanlarına uyğun tədricən artırılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır