Professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib
20.09.2021 15:57
Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əziz oğlu Əliyevin 100 illiyinə həsr olunmuş tibb tələbələrinin və gənc alimlərin beynəlxalq konfransı keçirilib.
Onlayn formatda baş tutan tədbirdə Türkiyə, Özbəkistan, Almaniya, Belçikadan olan gənc alimlər, tələbələr, həkimlər, o cümlədən Azərbaycan Tibb Universitetinin və Naxçıvan Dövlət Universitetinin (NDU) müəllim və tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov görkəmli alimin həyatı və elmi fəaliyyəti barədə məlumat verib.
Daha sonra ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov çıxış edib. Bildirib ki, Azərbaycan tibb elminin müasir istiqamətlərinin müəyyənləşdirilməsində, dünya səviyyəsinə çıxmasında, tibbi tədqiqatlardan dəyərli nəticələr əldə edilməsində Tamerlan Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün onun elmi məktəbinin yetirmələrinin adları nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da böyük ehtiramla çəkilir.
Tədbirdə NDU-nun Tibb fakültəsinin dekanı Elsevər Əsədov, ATU-nun professoru Amaliya Əyubova, Türkiyə Yeditepe Universitetinin Ginekologiya kafedrasının müdiri, professor Erkut Ettar çıxış edərək professor T.Əliyevin keçdiyi şərəfli yoldan bəhs ediblər. Bildirilib ki, Tamerlan Əliyev olduqca mənalı bir insan, alim, həkim, pedaqoq ömrü yaşayıb, bütün həyatını Azərbaycan tibb elmi və səhiyyəsinin tərəqqisinə həsr edib, çox sayda elmi-tədqiqat işləri ilə elmimizə misilsiz töhfələr verib.
Qeyd olunub ki, alimin Azərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətlərindən biri də bilavasitə onun təşəbbüskarlığı, təşkilatçılığı ilə inşa edilərək fəaliyyətə başlayan Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur.
Sonra ATU-nun tələbə dekanı, TEC-in üzvü Fidan Həsənli və ATU-nun II Müalicə-profilaktika fakültəsi TEC-in sədri Fidan Bəylərova moderatorlar kimi konfransın işini idarə ediblər.
Tədbirdə müasir təbabətin aktual problemlərinə həsr olunmuş elmi məruzələr dinlənilib.
Almaniyadan Mehdi Əhmədpur, Cəlal Salatayi, Belçikadan professor Halid Topal, Özbəkistandan Sidiq Xocayevin təqdim etdiyi məruzələr iştirakçıların böyük marağına səbəb olub.
Sonda çıxış edən M.Həsənov tədbirin iştirakçılarına və konfransın keçirilməsində yaratdığı şəraitə görə universitetin rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürünü bildirib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

