Antalya Bilim Universitetinin nümayəndə heyəti ATU-nun qonağı olub - Fotolar
16.09.2021 15:08
Bakıda rəsmi səfərdə olan Antalya Bilim Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.
 
ATU-nun rektoru, professor Gəray Gəraybəylinin salamlarını qonaqlara çatdıran universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev türkiyəli mütəxəssislərə universitetin tarixi, müasir dövrdəki fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib.
 
Türkiyənin elm və təhsil qurumları ilə geniş əlaqələrdən bəhs edən Orxan İsayev bildirib ki, Antalya Bilim Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətdə konkret addımlar atmağa bütün lazımi imkanlar mövcuddur. Qonaqlara həmçinin, universitetin strukturu, fakültələri, tədris proqramları və ATU-nun nəzdində fəaliyyət göstərən klinikaların işindən bəhs edilib.
 
ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov elmi istiqamətdə görülən işlər haqqında geniş məlumat verib. ATU-nun "Scimago" beynəlxalq reytinq siyahısına daxil olduğunu bildirən prorektor, yüksək impakt faktorlu jurnallarda çap olunan məqalə sayında artım hiss olunduğunu bildirib. Türkiyə universitetləri ilə birgə layihələr haqqında danışan R.Bəylərov Antalya Bilim Universiteti ilə elm sahəsində də əməkdaşlığa hazır olduğunu ifadə edib.
 
Antalya Bilim Universitetinin prorektoru, professor Hamza Kandur təmsil etdiyi ali təhsil ocağı haqqında danışıb. Qeyd edib ki, dünyanın 74 ölkəsindən tələbələri olan Antalya Bilim Universitetində 20-yə yaxın ölkənin professorları və mütəxəssisləri dərs deyir. Antalya Bilim Universitetinin nəzdində 7 fakültə ilə yanaşı, həm də peşə məktəbləri və institutlar fəaliyyət göstərir. Dünyanın dörd yanından gələn tələbələr xüsusi kampusda yaşamaq imkanı qazanırlar. Universitet dünyanın bir çox məşhur ali təhsil qurumları ilə əməkdaşlıq edir.
 
Görüşdə ATU ilə Antalya Bilim universiteti arasında əməkdaşlıq planları, bu qurumun Bakıda yaradacağı laboratoriyada ATU tələblərinin praktika keçmələrinin təmin olunması və digər məsələlər müzakirə olunub.
 
Tədbirdə Referans Medical Qrupun Təşkilat-Nəzarət və Audit Departamentinin müdiri Azər Qasımov, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Antalya Bilim Universitetinin professoru Cem Sezer, Referans Medical Qrupun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fəridə Rəhimbəyova da iştirak ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər