Məktəblinin dostlarına ilk tibbi yardımın göstərilməsi üzrə təlimlər keçirilir
16.09.2021 10:48
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri tərəfindən Məktəblinin dostlarına ilk tibbi yardımın göstərilməsi üzrə təlimlər keçirilir.
 
Aztibb.az xəbər verir ki, təlimlərin əsas məqsədi iştirakçıların ilk tibbi yardımın göstərilməsi istiqamətində nəzəri və praktiki biliklərini artırmaq, fövqəladə hallar zamanı şagirdlərə və məktəb heyətinə ilk yardımın göstərilməsinin daha səmərəli və faydalı olmasını təmin etməkdir.
 
İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdir müavini Şamil Kalyayev və layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tərəfindən keçirilən təlimlər zamanı iştirakçılara ürək-ağciyər reanimasiyası, yaralar, qanaxma, yanıqlar, zəhərlənmə, sınıq, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verilib.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır