Teymur Musayev ÜST-ün Avropa üzrə Regional Komitəsinin illik sessiyasında çıxış edib
14.09.2021 14:27

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev ÜST-ün Avropa üzrə Regional Komitəsinin illik sessiyasında çıxış edib.

 

Aztibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Komitəsinin illik sessiyası sentyabrın 13-dən 15-dək keçirilir. COVID-19 pandemiyası səbəbindən tədbir Kopenhagendən virtual formatda yayımlanır.

 

Səhiyyə nazirləri, dövlət və hökumət başçıları və digər yüksək vəzifəli şəxslər səhiyyə sahəsində bütün Avropa regionu qarşısında duran əsas problemləri müzakirə edəcəklər. Tədbirdə ölkəmizi səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev təmsil edir.

 

T.Musayev "Fövqəladə hallara hazırlıq və cavab tədbirləri kontekstində COVID-19 pandemiyasından çıxarılan nəticələr" mövzusunda təqdimatla çıxış edib.

 

Qeyd edək ki, Regional Komitə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır, onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan regional strategiyaların, tədbirlərin və maliyyə planlarının müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər