ATU-nun diplomlarının xaricdə tanınması istiqamətində MÜHÜM ADDIM
14.09.2021 12:13

Azərbaycan Tibb Universiteti (ATU) Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi (Independent Agency For Accreditation and Rating - IAAR) ilə müqavilə imzalayıb. Müqavilə ATU-nun tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçirilməsini nəzərdə tutur.

Aztibb.az xəbər verir ki, ATU-nun tədris proqramlarının akkreditasiya olunması diplomların dünyada tanınma coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir.

Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik 2011-ci ildə fəaliyyətə başlayıb. IAAR tərəfindən həm institusional, həm də tədris proqramlarının akkreditasiyası aparılır. Bu agentlik MDB ölkələri içərisində Dünya Tibb Təhsili Federasiyası (World Federation of Medical Education –WFME) tərəfindən tanınan ilk qurumdur. IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyanı əldə etmiş sayılırlar. IAAR, həmçinin dünya səviyyəli INQAAHE, CHEA/CIQG, IREG, CEENQA, APQN və s. nüfüzlu qurumların da üzvüdür.

Qeyd edək ki, 2024-cü ilədək dünya üzrə bütün tibb universitetləri Dünya Tibb Təhsili Federasiyasının beynəlxalq akkreditasiyasını almalıdır. Əks təqdirdə, sonradan həmin ali məktəblərin diplomlarının tanınmasında ciddi problemlər yaşana bilər. Odur ki, ATU-nun diplomlarının xarici ölkələrdə tanınması coğrafiyasını genişləndirmək məqsədilə tədris proqramlarının beynəlxalq akkreditasiyası ilə bağlı artıq işlər başlanılıb. Beynəlxalq akkreditasiyasının əldə olunması məqsədilə ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən xüsusi komissiya yaradılıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib