Bu vitamin koronavirusun çoxalmasının qarşısını alır
28.08.2020 12:32

Hindistanın Manipal Universitetinin və Regional Biotexnologiya Mərkəzinin alimləri B12 vitaminin koronavirusun çoxalmasını əngəllədiyini müəyyənləşdiriblər.

 

Aztibb.az “IUBMB Life” jurnalında nəşr olunan araşdırmaya istinadla xəbər verir ki, Mütəxəssislər təbii məhsullar və dərmanlar arasında hansı molekulların SARS-CoV-2 genomunda olan və virusun çoxalmasına cavabdeh olan nsp12 polimerazasını əngəlləyə bildiyini öyrənmək üçün kompüter simulyasiyaları icra ediblər. Araşdırma nəticəsində məlum olub ki, B12 vitaminin kofermenti olan metilkobalamin virus hüceyrələrinin çoxalmasının qarşısını ala bilir. 

 

“Bu maddə yoluxma hallarını azaltmaq və xəstəxanada təcili yardım göstərmək üçün tibb işçiləri, yaşlılar və ya xroniki xəstəliklərdən əziyyət çəkən qruplar üçün profilaktik vasitə olaraq təyin edilə bilər”, - deyə məqalədə qeyd olunub.

Bununla yanaşı, tədqiqatçılar COVID-19 xəstələri üçün müalicə protokollarında dəyişiklik edilməsi üçün bir sıra əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub