ATU-da Polşa səfiri ilə tibb sahəsində əməkdaşlıq müzakirə olunub
12.09.2021 11:37
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.
Aztibb.az xəbər verir ki, görüş zamanı professor G.Gəraybəyli ATU-nun fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamətlərdən biri kimi qiymətləndirib və qeyd edib ki, sevindirici haldır ki, hazırda dünyanın 80-ə yaxın elm və təhsil qurumu ilə bağlanmış müqavilələr əsasında əməkdaşlıq həyata keçirilir. Polşa Respublikasının ali təhsil məktəbləri, elmi qurumları ilə əlaqələrin qurulmasının əhəmiyyətindən bəhs edən rektor qeyd edib ki, müxtəlif istiqamətlər üzrə əlaqələrin qurulması üçün hər bir imkan vardır və yaxın zamanda bu əlaqələrin qurulmasında Polşa Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi çox önəmlidir. Rektor qarşılıqlı əməkdaşlıq sayəsində bir çox uğurlu layihələrə imza atıla biləcəyini vurğulayıb.
ATU-nun 90 illik tarixi haqqında səfirə məlumat verən ATU rektoru professor G.Gəraybəyli görüş zamanı həmçinin universitetin müasir dövrdəki fəaliyyətinə də nəzər salıb. Qeyd olunub ki, hazırda ATU-nun 4 klinikası ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası var. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası və "Təbib" nəşriyyatı yerləşir. Rektor həmçinin bildirib ki, hazırda ATU-da 39 ölkədən 2000-dən çox əcnəbi tələbə təhsil alır.
ATU rektoru son 2 ildə pandemiya ilə bağlı yaranmış gərgin duruma baxmayaraq, tədris sisteminin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün universitet daxilində görülən işlərdən danışıb. Qeyd olunmuşdur ki, ATU-nun artıq beynəlxalq akkreditasiya üçün müraciət edib və yaxın zamanlarda bu istiqamətdə də müsbət nəticə əldə ediləcəyinə ümid edilir.
Polşa Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ölkəsinin Azərbaycanla tarixə söykənən güclü əlaqələrdən söz açıb. Tibb sahəsində əlaqələrdən geniş bəhs edən səfir, bu əlaqələrin əks olunduğu kitabı ATU-nə hədiyyə etmişdir. Polşada 11 universitetin tibb profilli olduğunu vurğulayan səfir bu ali məktəblərlə ATU arasında münasibətlərin yaradılmasının vacibliyindən danışaraq, bu istiqamətdə işlərin aparılmasına dəstəyini ifadə edib. Görüşdə ATU və Polşa alimlərinin birgə tibb təhsili üzrə dərsliklər hazırlaması məsələsi də müzakirə olunub. Qonaqlar ATU-nun kitabxanasına həmçinin polşalı alimlərin müəllifi olduğu müxtəlif dərslikləri hədiyyə ediblər.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin birinci müşaviri Bartosz Musialowicz iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

