Qoşqar Təhməzli AQTA yanında İctimai Şuranın sədri ilə görüşüb
10.09.2021 23:00
Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın fəaliyyətinin təşkili istiqamətində müvafiq işlər görülməkdədir.
 
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli Agentlik yanında İctimai Şuranın sədri Nazim Səfərovla görüşüb.
 
Görüşdə AQTA sədri qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsində İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
 
Daha sonra Nazim Səfərov çıxış edərək İctimai Şuranın qida təhlükəsizliyi ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəyini bildirib.
 
 
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
 
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər