10 sentyabr – Ümumdünya İntiharın Qarşısının Alınması Günüdür  
10.09.2021 11:26

Hər il sentyabrın 10-u İntiharların Qarşısının Alınması üzrə Beynəlxalq assosiasiyanın təşəbbüsü, Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə Ümumdünya İntiharların Qarşısının Alınmasının Günü qeyd edilir.

 

Aztibb.az Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə istinadən xəbər verir ki, bu günün qeyd olunmasında əsas məqsəd bütün dünyada intihar hallarının qarşısını almaq istiqamətində geniş maarifləndirmə aparmaqdır. Maarifləndirmə tədbirlərində bir daha vurğulanır ki, əhali arasında intihar və özünə qəsd əhval-ruhiyyəsinin profilaktikası üçün birgə səylər artırılmalı, ictimaiyyət arasında intihar əleyhinə geniş təbliğat aparılmalıdır.

 

İntiharların qarşısını almaq üçün, ilk növbədə, hər kəsin ətrafındakı insanlara, ailə üzvlərinə qarşı diqqətli olması, yaxınlarının davranışında depressiya, özünəqapanma kimi hallar müşahidə etdikdə onu mütəxəssisə yönləndirməsi vacibdir.

 

Statistikaya görə, orta hesabla, dünyada zorakı ölüm hadisələrinin yarısı intiharların payına düşür. İntihar hadisələrinin yayılması sahəsində inkişaf etmiş ölkələr liderlik edir. 

 

Ümumdünya Səhiyyə Təşkilatı və tərəfdaşları nəinki intiharın əleyhinədirlər, həm də özünə qəsdə cəhd edən adamların lazımi qaydada müalicə edilməsini və nəzarətdə saxlanmasını, həmçinin intihar hadisələrinin kütləvi-informasiya vasitələrində ehtiyatla işıqlandırılmasını vacib sayırlar. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib