Tibb Universitetində “Şiddət və media” mövzusunda beynəlxalq konfrans işə başlayıb - FOTO
09.09.2021 17:18
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Türkiyə və Azərbaycan məhkəmə-tibb ekspertlərinin və patoloqanatomlarının Radio və Televiziya Üst Qurumu (RTÜK), TURAZ Elmi Birliyi, İnönü Universiteti və ATU-nun birgə təşkilatçılığı ilə “Şiddət və media” mövzusunda III beynəlxalq konfrans öz işinə başlayıb.
Aztibb.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi anılıb və hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli türkiyəli həmkarlarını Azərbaycanda - öz vətənlərində görməkdən məmnunluğunu bildirib.
COVID-19 pandemiyası səbəbindən bütün dünyada bir çox tədbirlərin təxirə salındığını və ya formatının dəyişdirildiyini xatırladan rektor qeyd edib ki, aktiv vaksinasiya işlərinin aparılması artıq öz nəticəsini göstərməkdədir: "Hazırda karantin rejimi tədbirlərinin əhəmiyyətli dərəcədə yumşaldılması bizə də imkan verdi ki, sayca üçüncü konfransımızı keçirək. Tədbirdə iştirak etmək üçün qardaş Türkiyədən 100 nəfərlik heyət Bakıya gəlib. Əlavə olaraq, Türkiyə və digər xarici ölkələrdən yüzlərlə iştirakçı da internet üzərindən konfransa qatılıb".
O, hazırki konfrasın işində ATU-nun Patoloji anatomiya və Məhkəmə təbabəti kafedralarının, Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Birliyinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, Müdafiə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Mərkəzinin, Daxili İşlər Nazirliyinin Kriminalistika İdarəsinin və digər qurumların nümayəndələri, o cümlədən Türkiyə və Azərbaycandan çoxlu sayda media təmsilçilərinin iştirak etdiyini bildirib.
Bildiyimiz kimi, Azərbaycan və Türkiyə səhiyyə qurumları arasında uzun illərə söykənən möhkəm əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin təcrübəli həkimləri daim yanımızda oldu, bizimlə birlikdə qazilərimizin sağlamlıqlarına qovuşması üçün əllərindən gələni əsirgəmədilər. Biz bunu çox yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Biz böyük qələbəni birlikdə qazandıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".
ATU-nun Türkiyə ali təhsil ocaqları ilə geniş əlaqələrindən də söhbət açan professor G.Gəraybəyli 30-a yaxın universitetlə əməkdaşlıq protokollarının imzalandığını diqqətə çatdırıb: "Bu protokollar çərçivəsində tələbələrimiz mütəmadi olaraq Türkiyədə qısa və uzun müddətli təcrübələr keçirlər. O cümlədən diplomların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır. Həmçinin ATU hər zaman Türkiyədən olan tələbələrin çoxluğu ilə fərqlənib. Hazırda ATU-da baza ali təhsil və rezidentura səviyyəsində 800 nəfər Türkiyə vətəndaşı təhsil alır. Əminəm ki, qardaş ölkələrimiz arasındakı münasibətlər, o cümlədən tibb sahəsindəki əməkdaşlıq əlaqələri getdikcə daha da möhkəmlənəcək. Çünki qardaşlıq münasibətlərimiz geridönməz bir prosesdir".
ATU rəhbəri çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan və Türkiyə arasında mövcud əlaqələrin həmişə yüksək səviyyədə olduğunu bildirib. Nazir müavini, hələ müstəqilliyimizin ilk illərində yüzlərlə azərbaycanlı həkimin Türkiyədə bilik və bacarıqlarını artırdığını diqqətə çatdırıb. Eyni zamanda COVID-19 pandemiyası ilə əlaqədar və Vətən müharibəsi dövründə də Türkiyə Cümhuriyyətinin öz qardaşlarından dəstəyini əsirgəmədiyini qeyd edib. Nazir müavini hər iki ölkə mütəxəssislərinin bir araya gəldiyi bu konfransın da qarşılıqlı təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva kütləvi informasiya vasitələrini şiddət, zorakılıq halları ilə əlaqədar xəbərlər yayımlayarkən diqqətli olmağa çağırıb. Bildirib ki, məişət zorakılığı, qadın və uşaqlara qarşı şiddətə dair xəbərlər yayımlanarkən hadisə qurbanlarının şərəf və ləyaqəti mütləq nəzərə alınmalıdır.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin bütün sahələrdə əlaqələrin daha da inkişaf etməsinə zəmin yaratdığını vurğulayıb. Səfir konfransın mövzusunun aktuallığını diqqətə çatdıraraq, vətəndaş cəmiyyətinin hər cür şiddətə qarşı mübarizə aparmasının vacibliyini qeyd edib.
RTÜK sədri Ebubekr Şahin və Türkiyə Respublikası Mətbuat Reklam Agentliyinin rəhbəri Rıdvan Duran medianın şiddətə təsirindən və doğru olmayan xəbərlərə görə cərimələrin tətbiqindən danışıblar.
Amasya Universitetinin rektoru Süleyman Elmacı, Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Beynəlxalq TURAZ Akademiyası Konqresinin sədri Osman Celbiş və digər çıxış edənlər mediada yayılan xoşagəlməz və zorakılığa təşviq edən xəbərlərin cəmiyyətə mənfi təsirindən söhbət açıblar.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, ATU-nun Patoloji anatomiya kafedrasının müdiri, professor Ədalət Həsənov isə çıxışında ölkəmizdə məhkəmə təbabəti üzrə keçirilən konfransın tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, konfransda məhkəmə təbabəti və patoloji anatomiyaya dair elmi-tədqiqat işlərinin nəticələri ilə yanaşı, mütəxəssis mübadiləsi məsələləri də müzakirə olunacaq.
Konfrans işini panel sessiyaları ilə davam etdirib. Panel sessiyalarında 3 gün müddətində türkiyəli və yerli mütəxəssislərin məhkəmə tibbi ekspertiza və patoloji anatomiyaya dair ən aktual problemlər və bu sahədə tətbiq edilən son metodlarla bağlı məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaq.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08

