Mərkəzi Gömrük Hospitalı ən son tibbi avadanlıqlarla təchiz olunur      
09.09.2021 16:34
Bu gün Mərkəzi Gömrük Hospitalında "Philips" şirkətinin MDB ölkələri üzrə regional direktoru Artyom Padeyskiy, eləcə də həmin şirkətin Azərbaycan və Gürcüstan üzrə regional direktoru Nigar Zeynalova ilə görüş keçirilib.
 
Hospitaldan Aztibb.az-a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının baş həkiminin müavini, t.e.d. Bəxtiyar Musayev və Alqı-satqı və Təchizat şöbəsinin rəisi Rəşad Fərəcov iştirak ediblər.
 
Görüşdə Dövlət Gömrük Komitəsi tərəfindən Mərkəzi Gömrük Hospitalı üçün yeni model Kompüter Tomoqrafiya (KT) aparatının alınması məsələsi müzakirə olunub.
 
"Philips" şirkətinin təmsilçisi Hospital üçün alınan yeni növ aparatın imkanları barədə ətraflı məlumat verib. Həmçinin Mərkəzi Gömrük Hospitalında bir qədər əvvəl alınmış Maqnit-Rezonans Tomoqrafiya (MRT) və yeni gətirilən KT aparatından istifadəni dəqiq mənimsəmək üçün həkim-radioloqlar və texniklər arasında əyani və qiyabi (onlayn) treninqlərin keçiriləcəyi bildirilib.
 
Şirkət nümayəndələri müəssisənin istehsal etdiyi müasir avadanlıqlar, o cümlədən yeni növ angioqraflar və ultrasəs aparatları barədə də məlumat veriblər.
 
Sonda suallar cavablandırlıb, alınan cihazların zəmanəti məsələsi və zəmanət bitdikdən sonrakı dövrlərdə onlara tibbi xidmətin təminatından bəhs olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub