Azərbaycan Onkoloqlar Cəmiyyətinin növbəti iclası keçirilib
09.09.2021 14:34

Milli Onkologiya Mərkəzində Azərbaycan Onkoloqlar Cəmiyyətinin növbəti iclası keçirilib. Tədbir videokonfrans formatında, “Zoom” platforması üzərindən onlayn baş tutub.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Onkoloqlar Cəmiyyətinin sədrinin birinci müavini, professor Əflatun Kərimov iclası açaraq COVID-19 pandemiyası dövründə onkoloji xidmət barədə iştirakçılara məlumat verib.

 

İclasda Torakal onkologiya şöbəsinin həkimi Elvin Həmzəyevin “Ağciyər rezeksiyası sonrası nadir ağırlaşmalardan olan orta pay sindromu ilə təzahür edən pay burulması”, İnvaziv diaqnostika və müalicə şöbəsinin həkimi Nərgiz Əfəndiyevanın “Milli Onkologiya Mərkəzində invaziv diaqnostika və müalicə üsulları”, eləcə də Rentgen və USM diaqnostika şöbəsinin həkimi Turab Abdiyevin “Peritoneal karsinomatozis ” mövzularında məruzələri dinlənilib. 

 

Tədbirin sonunda mövzular üzrə müzakirələr aparılıb. 

 

Qeyd edək ki, Azərbaycan Onkoloqlar Cəmiyyətinin növbəti iclasının 4 oktyabr 2021-ci il tarixində keçirilməsi planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub