Yapon yaşıl çayı – FAYDALARI
08.09.2021 20:20

Yaponlar çayı əkməzdən əvvəl torpağı çaya görə təbii gübrələrlə zənginləşdirirlər, Onlar gübrə məqsədilə satılmayan balıqlardan təbii gübrələr hazırlayıb torpağa verirlər. Sonra əkim başlayır, 8 ildən sonra isə yığım başlayır. Yığılmış yarpaqlar dünya praktikasından fərqli olaraq yaş halda dondurularaq saxlanılır. Bu zaman çayın tərkibindəki yaşıllıq verən maddə olan xlorofillər qorunur. Bu, kifayət qədər bahalı üsuldur. 

 

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov Yapon yaşıl çayının faydaları ilə bağlı sosial şəbəkədə məlumat verib.

 

F.Hüseynov bildirib ki, dünyada ən çox içilən içkilərdən biri də yaşıl çaydır. Yaşıl çayların içərisində isə ən keyfiyyətlisi Yapon yaşıl çayıdır.

 

Həkimin sözlərinə görə, Yapon çayının xərçəng, skleroz, alzheymer, sistem xəstəlikləri əleyhinə antioksidant özəlliyi digər yaşıl çaylardan 100 qat daha güclüdür. Çayın tərkibində katexinlər, epiqallokatoxinlər xərçəng əleyhinə güclü antioksidantlardır. Yaponların cavan qalmasının səbəbi də yaşıl çaylardan bol-bol içmələridir. Çayların tərkibindəki aktiv maddələrin yaşlanmaya təsiri bir çox dünya ölkələrindəki laboratoriyalarda təsdiq edilib. Çay güclü piyləri yandırmaq xüsusiyyətinə malikdir. Yapon yaşıl çayı başqa yaşıl çaylardan arıqlamaq təsirinə görə 4 qat daha güclüdür.

 
F.Hüseynov qeyd edib ki, Yapon yaşıl çayınin detoks effekti də vardır. Bu çay orqanizmi ziyanlı maddələrdən, ağır metal duzlarından təmizləmək üçün təsirli vasitədir. Yapon yaşıl çayının tərkibində L- tanin adlı maddə digər yaşıl çaylardan 5 dəfə çoxdur. Bu maddə dopamin və serotonini stimullaşdırır, yaddaşı gücləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır.
 
Fitoterapevt Yapon yaşıl çayının başqa yaşıl çaylardan fərqli olaraq 5-6 dəfə dəmlənilə bildiyini də deyib. Əlavə edib ki, dəmlənilməyə cəmi 1 dəqiqə bəs edər. 1 dəqiqədən sonra çayı stəkandan çıxarıb ikinci dəm üçün saxlamaq lazımdır. Çayın tünd yaşıl rəngdə görünüşü, özünəməxsus spesifik ətri var.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib