8 sentyabr - Ümumdünya Fizioterapiya Günüdür
08.09.2021 09:43

8 sentyabr - Ümumdünya Fizioterapiya Günüdür. Bu gün fizioterapevtlərə onların insanlara sağlamlıq bəxş etməkdə önəmli rola malik olduqlarını hər kəsə duyurmaq üçün şans verir.

 

Aztibb.az xəbər verir ki, Ümumdünya Fizioterapiya Günü Dünya Fiziki Terapiya Konfederasiyası tərəfindən 1996-cı ildə təsis edilib. Bu gün həmin konfederasiyanın 1951-ci ildə yaradıldığı gündür.

 

Ümumdünya Fizioterapiya Günü bütün fizioterapevtlərin peşə bayramıdır. Hər il həmin peşənin sahibləri məsləklərini gənclər arasında təşviq etmək və hər kəs üçün əhəmiyyətini qəbul etdirmək səbəbi ilə müxtəlif kampaniya və aksiyalar təşkil edirlər.

 

Fizioterapevtlərin əsas işləri idman zədələrinin sağaldılması ilə əlaqədardır. Lakin onlar cərrahi əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya, xroniki ağrılar, nevroloji və tənəffüs pozulmaları kimi müxtəlif vəziyyətlərdə yardım edirlər. Fizioterapevtlər, həmçinin ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet və insult xəstəlikləri üçün də vacib, qabaqlayıcı, profilaktik müalicə üsulları tətbiq edirlər.

 

Ümumdünya Fizioterapiya Günü hər kəsə fizioterapevtlərə “təşəkkür etmək” və onların əməyini dəyərləndirmək fürsəti verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib