Qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub
07.09.2021 18:10
Qoşqar Təhməzli İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş katibi Yusif Həsən Xələvi ilə görüşüb.
 
Aztibb.az xəbər verir ki, sentyabrın 7-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Baş katibi Yusif Həsən Xələvi ilə görüşüb.
 
Qoşqar Təhməzli Baş katib Yusif Həsən Xələvini səmimi salamlayaraq, son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bitki sağlamlığının təmin olunması ilə bağlı görülən işlər haqqında qonaqları məlumatlandırıb. Agentlik sədri qida təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin daim genişləndiyini bildirib.
 
Baş katib Yusif Həsən Xələvi səmimi görüşə görə təşəkkürünü bildirərək, təchizat zənciri üzrə halal standartların tətbiqi və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası tərəfindən bu sahənin rəqəmsallaşdırılması üzrə həyata keçirilən işlər barədə məlumat verib.
 
Yusif Həsən Xələvi İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Azərbaycanı regionda halal və təbii məhsulların mərkəzi kimi gördüyünü və Azərbaycanda cari ilin sonu bu istiqamətdə beynəlxalq forumun təşkil olunacağını diqqətə çatdırıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub