"Gün ərzində yoluxmuş şəxslərin təxminən 10 faizi şagirdlər və müəllimlər olur" - Təhsil naziri
07.09.2021 14:25

“Ötən həftədən başlayaraq yoluxma sayında qismən azalmalar müşahidə olunur”.

 

Bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib. 

 

O bildirib ki, dərslərin bir həftə gec başlamasının səbəbi yoluxmanın sayının hələ də yüksəl olmasıdır: “Gün ərzində yoluxmuş şəxslərin təxminən 10 faizi şagirdlər və müəllimlər olur. Sentyabrın 22-dən və 29-dan etibarən yoluxma sayının daha da azalması proqnozlaşdırılır”. 

 

Nazirin sözlərinə görə, sentyabrın 15-dək 2 milyon 700 mindən artıq vətəndaşın vaksinasiyadan keçəcəyi gözlənilir: "Sentyabrın sonuna isə bu rəqəm 4 milyonu ötəcək. Daha çox vaksin olunan şəxslərin olması təhsil sistemini daha yaxşı şərait yaradır. Yoluxanların sayı nə qədər çox olsa da, bizi əsas narahat edən xəstəxanaların dolması, yoluxanların xəstəliyi ağır keçirməsidir. Amma vaksin olunan şəxslər yoluxsa belə, xəstəliyi yüngül keçirir. Növbəti iki həftə ərzində daha çox insanın vaksin olunacağına inanırıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib