Alzheimer xəstəliyinin aşkar edilməsinin asan üsulu tapılıb - TƏDQİQAT
06.09.2021 15:30

Litvalı alimlər yüngül idrak pozğunluqlarının insanda Alzheimer xəstəliyinin inkişafını göstərdiyini müəyyən ediblər.

 

Aztibb.az www.gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə "Medical Xpress" nəşrində məlumat verilib.

 

Bildirilib ki, 138 xəstənin beyninin MRT görüntülərinin analizi əsasında alimlər bu kimi pozuntuları aşkar edə biləcək alqoritm hazırlamağı bacarıblar.

 

Alqoritmi hazırlayan alimlərin sözlərinə görə, sözügedən metod xəstəliyin inkişafını 99 faiz dəqiqliklə proqnozlaşdırmağa imkan verir. Eyni zamanda, süni intellektin istifadəsi prosesi əhəmiyyətli dərəcədə sürətləndirir.

 

Tədqiqatın nəticələrini şərh edən həkim Ritis Maskelünas qeyd edib ki, kompüter alqoritmi potensial təhlükəli halları seçdikdən sonra mütəxəssis onları daha ətraflı öyrənə bilər. Nəticədə pasient diaqnozu və müalicəni daha tez alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır