"Bu yaxınlarda professor Tərlan Məmmədovun ixtiralarını Azərbaycanda görəcəksiniz" - Həkim-fitoterapevt
04.09.2021 17:06

Tanınmış həkim-fitoterapevt Fizuli Hüseynov Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov ilə görüşüb.

 

Bu barədə məlumatı Fizuli Hüseynov sosial şəbəkədə verib. Akdeniz Universitetində professorla görüşündən bəhs edən həkim-fitoterapevt T.Məmmədovu Azərbaycanın elm ulduzlarından biri adlandırıb. Qeyd edib ki, T.Məmmədov 7 il Yaponiyada 15 il ABŞ-da elmlə məşğul olub. Türkiyə prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan Türkiyə elmini daha da inkişaf etdirmək üçün ABŞ-dan bir neçə alimi ölkəsinə dəvət edərkən, onların içərisində Tərlan müəllim də olub. Bundan sonra o, Akdeniz Unversitetində laboratoriya quraraq öz sözünü deməyə başlayıb:

 

"T.Məmmədovun müəllifi olduğu koronovirus əleyhinə vaksin hazırda yoxlama mərhələsindədir. Alimin COVID-19-un müalicəsi ilə də bağlı mühüm ixtiraları var. O, xəstəlikdən sonra insan bədənində anticisimlərin əmələ gəlməsini sübut edən standart hazırlayıb. Çarəsi olmayan bir çox xəstəliklərin müalicəsi üçün unikal metod hazırlayıb. Metodun məğzi ondan ibarətdir ki, xəstəlik əleyhinə insan bədənində əmələ gəlmiş zülalı bitkilərdə çoxaldaraq onu təmizlədikdən sonra yenidən insan bədəninə yeridərək çarəsi olmayan bir çox xəstəlikləri müalicə etmək mümkün olacaq".

 

F.Hüseynov, həmçinin qeyd edib ki, Tərlan müəllimin elmi işləri dünyanın nüfuzlu jurnallarında çap olunub. Patentləri ABŞ-da dəfələrlə qeydiyyatdan keçib.

 

"Bu böyük şəxsiyyətin gördüyü işlər haqqında zaman-zaman geniş şəkildə yazacam. Bir azərbaycanlı kimi özümə borc bildim ki, bu dahi insanla tanış olum. Demək olar ki, əməkdaşlığa başlamışıq. Bu yaxınlarda Tərlan müəllimin ixtiralarını Azərbaycanda görəcəksiniz" - deyə, həkim-fitoterapevt əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır