Gənclər arasında virusa görə ölüm faktlarının artma səbəbi nədir? - Açıqlama
03.09.2021 10:01

COVID-19-a yoluxmuş şəxslərin həkimə gec müraciət etməsi və ev şəraitində yalnış müalicə alması gənclər arasında ölüm hallarının artmasına səbəb olur.

 

Aztibb.az-ın məlumatına görə, bu sözləri TƏBİB-in əməkdaşı Nəzrin Mustafayeva bildirib.

 

Onun sözlərinə görə, həkim təyinatı olmadan evdə yalnış müalicə üsullarından, dərman preparatlarından istifadə olunması xəstələrin vəziyyətinin ağırlaşmasına və bəzən ölüm halı ilə nəticələnməsinə səbəb olur.

 

Kütləvi tədbirlərin keçirilməsinə icazə verilməsi sıx təmasların sayının artmasına və virusun sürətlə yayılmasına səbəb olur.

 

Bu barədə TƏBİB İdarə heyəti yanında Elmi-Tibbi Komitənin sədri Akif Qurbanov bildirir ki, COVID-19-un Delta ştammının yoluxuculuq qabiliyyəti daha sürətli olduğundan təmaslar artdıqca əhali arasında yoluxma hallarının artması gözləniləndir.

 

Mütəxəssislər pandemiyanın sona çatmasını əhalinin 75 faizinin vaksinasiya olunmasından və COVID-19-a yoluxma hesabına immunitet qazanmasından sonra olmasını proqnozlaşdırır.

 

Qeyd edək ki, əhalinin 27 faizi hər iki doza vaksinasiyada iştirak edib. Rəsmi rəqəmlərə əsasən isə bu günədək 425.000-ə yaxın şəxs koronavirusa yoluxub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib