Xolesterol müalicəsində yeni ümid: Bu dərman 30.000 ölümün qarşısını ala bilər
02.09.2021 16:52

İngiltərə və Uelsdə Milli Sağlamlıq Sistemi (NHS) rəsmiləri ildə iki dəfə qəbul ediləcək “İnclisiran” adlı dərmanın 10 il ərzində 30.000 insanın həyatını xilas edə biləcəyini söyləyirlər.

 

Aztibb.az xəbər verir ki, dərmana dair tövsiyəyə əsasən “İnclisiran” xolesterol əleyhinə istifadə edilən və ucuz olan “Statin” kimi dərmanlardan fərqli olaraq daha təsirlidir.

 

İngiltərənin nüfuzlu səhiyyə təşkilatı olan NICE “İnclisiran”ın insult və ya infarkt keçirmiş xəstələrdə, eləcə də xolesterolun səviyyəsini endirmək üçün tətbiq ediləcək müalicələrdə istifadə edilə biləcəyini bildirib. Mütəxəssislər bu dərmanın ürək-damar xəstələrinin həyatını təhdid edən riskləri azaltmağa kömək edəcəyini proqnozlaşdırırlar.

 

Qeyd edək ki, xolesterol bəzi qidalarda olan və qaraciyərdə istehsal olunan yağdır (lipid). Fərqli növlərə malik olan və bir çox hüceyrənin tərkibində olan bu maddə orqanizmin funksiyaları üçün əhəmiyyətlidir. Bununla yanaşı, “pis xolesterol” adlanan aşağı sıxlıqlı lipoproteinin (LDL) yüksək olması damarların tıxanmasına səbəb olur və ürək problemləri riskini artırır. Yağlı yeməklər, idman etməmək, artıq çəki, siqaret və spirt,  həmçinin genetik faktor bu problemə səbəb olur.

 

Pəhriz və həyat tərzinin dəyişməsinə baxmayaraq, xolesterol səviyyəsini aşağı salmaq mümkün deyilsə, dərman qəbul etmək lazım gəlir. Xolesterolu azaltmaq üçün istifadə olunan digər dərmanlar qaraciyərdə xolesterol istehsalını yavaşlatsa da, “İnclisiran” daha fərqli təsir gücünə malikdir. Dərman qaraciyərdən zərərli xolesterolu çıxarmağa kömək edir. PCSK9 adlı genə təsir etməklə qaraciyərin qanda “pis” LDL xolesterolunu daha çox udmasına və parçalanmasına səbəb olur. 

 

““İnclisiran” minlərlə insanın infarkt və insultdan ölməsinin qarşısını almaq üçün inqilab etmək potensialına malikdir”, – deyə NICE Sağlamlıq Texnologiyalarının Qiymətləndirilməsi Mərkəzinin direktoru Meindert Boysen bildirib. 

 

“Ürək xəstəliyi hələ də ölümün əsas səbəblərindən biridir və təhlükəli yüksək xolesterol səviyyəsi olan insanlar üçün belə təsirli və faydalı bir müalicəyə sahib olmaq çox xoşdur”, ­– deyə NHS rəhbəri Amanda Pritçard qeyd edib və “İnclisiran”dan istifadənin  yüz minlərlə insan həyatını xilas edəcəyini söyləyib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib