Köln Universiteti Klinikasında azərbaycanlı tibb mütəxəssisləri ilə görüş keçirilib
31.08.2021 14:04

Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi sədri Fuad Muradovun və Komitə əməkdaşlarının Köln Universiteti Klinikasının Radiologiya İnstitutunda azərbaycanlı tibb mütəxəssisləri ilə görüşü keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə Köln Universiteti Klinikasının Radiologiya İnstitutunun şöbə müdiri, Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev, Köln Universitetinin məzunu, Auqustereninen xəstəxanasında Ağciyər xəstəlikləri departamentinin şöbə müdiri Elvin Hüseynov, Axen şəhərindəki Reyn-Vestfal Texniki Universitetinin doktorantı, Almaniyadakı milli elmi araşdırma mərkəzinin əməkdaşı Əkbər Hüseynov iştirak ediblər. Həmçinin Köln Universitetinin Cinayət Hüququ və Cinayət Prosesi İnstitutunun doktorantı, “2019–2020-ci illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın təqaüdçüsü Asif Mustafayev, Köln Universitetinin məzunu, Vuppertal şəhərindəki Müqəddəs İosif Hospitalının həkimi Hemət Həbibov və Almaniyanın Auditorlar Palatasının ilk azərbaycanlı üzvü, Britaniyanın "Ernst&Young" auditor-konsaltinq şirkətinin Almaniya üzrə uzunmüddətli meneceri Murad Həsənzadə də görüşdə olub.

 

Tədbiri giriş sözü ilə açan Nuran Abdullayev Dövlət Komitəsinin rəhbərliyini klinikada görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanlı alim Köln şəhərində çalışan həkim soydaşlarımız və tibb sahəsində təhsil alan azərbaycanlı tələbələr barədə məlumat verib. Almaniyada həkimlərimizin fəaliyyət göstərdikləri tibb mərkəzlərinə sərmayələrin yatırılması prosesinə azərbaycanlı iş adamlarının cəlb olunmasının vacibliyini, bu sahədə püxtələşən soydaşlarımızın Azərbaycan səhiyyəsinə, eləcə də yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğ olunmasına böyük töhfə verə biləcəklərini vurğulayıb.

 

Görüşdə çıxış edən Dövlət Komitəsinin sədri səhiyyənin yüksək inkişaf etdiyi Almaniyada azərbaycanlı həkimlərin yüksək mütəxəssis kimi qəbul edilməsinin əhəmiyyətindən danışıb.

 

Bildirib ki, Almaniyada təhsil alan gənclərimizin yerli səhiyyənin üstünlüklərini öyrənib, peşəkar mütəxəssisə çevrilməsi çox vacibdir. Çünki yalnız bu halda soydaşlarımız öz sahəsində kamilliyə çatan mütəxəssislər kimi tanına bilərlər. Belə mütəxəssislər isə nəinki yaşadıqları ölkədə nüfuz sahibinə çevrilir, həm də ictimai-siyasi və səhiyyə sisteminə sıx inteqrasiya olunmaqla yaxın gələcəkdə Azərbaycanın tibb sahəsinə töhfələr bəxş etmək və həqiqətlərimizin təbliği istiqamətində ictimai rəyə təsir etmək gücünə malik olurlar.

 

Görüşdən sonra qonaqlar radiologiya və ürək-damar şöbələrindəki iş şəraiti ilə tanış olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub