Bir sual, bir cavab – Hansı hallarda normal doğuş tövsiyə edilmir?
30.08.2021 20:44

Tibbi olaraq bunun bir çox səbəbləri var. Əsas səbələr döl qüsurları, döldə olan çatışmazlıqlar, dölün ürək fəaliyyətinin azalması ola bilər.

 

Döllə bağlı olan bütün problemlərdə keysəriyyə ilə dölün çıxarılması daha fəsadsız doğuş sayıla bilər. III və IV dərəcəli anatomik dar çanaq, ananın çanağı ilə dölün başının kliniki uyğunsuzluğu, tam cift gəlişi, uşaqlığın cırılma təhlükəsi, əvvəllər uşaqlıqda aparılmış əməliyyatdan sonrakı çapığın yararsızlığı, ananın bəzi xəstəlikləri (yüksək dərəcəli miopiya, ağır ürək-qan damar sistemi xəstəlikləri və s) keysəriyyə əməliyyatına mütləq göstərişdir. 

 

Bunun üçün həkim əvəlcədən müayinə edir. Ananın öz sağlamlığı da normal doğuş üçün əlverişli olmalıdır. Ürək xəstəliyi, sinir xəstəliyi, beyin problemləri, qaraciyər-böyrək problemləri, bağırsaq problemləri, aralıq bölgəsində keçirilmiş əməliyyatlar, avtoqəza nəticəsində yaranmış travmalar və s. normal doğuşa çox mənfi təsir göstərə bilər.

 

Buna ancaq müayinə olunduqdan sonra qərar verilməlidir ki, hamilə qadın normal və ya keysəriyyə əməliyyatı olsun. Normal doğuşa gedən xanımların təxminən 8-10 faizi doğuşdan keysəriyyə əməliyyatına gedir. Bu da ola biləcək qanaxmalardan, dölün ürək zəifliyi, asfiksiyası və yaxud da doğuşun ləngiməsindən irəli gəlir. Bu həm anaya, həm dölə mənfi təsir edə bilər. Bu səbəblərdən dolayı hamilə qadını kesəriyyə əməliyyatına yönəldirlər. 

 

Çox vaxt bir sıra faktorlar ayrı-ayrılıqda cərrahi əməliyyata göstəriş olmasa da, birlikdə bu faktorlar dölün həyatı üçün təhlükə yaratdığına görə keysəriyyə əməliyyatı məsləhət görülür.

 

tibb üzrə fəlsəfə doktoru Turab Canbaxışov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib