TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitənin onlayn iclası keçirilib
27.08.2020 15:31
Avqustun 27-də TƏBİB-in İdarə Heyəti yanında COVID-19 infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı yaradılmış Tibbi-Elmi Komitənin növbəti iclası keçirilib.
 
Onlayn formatda təşkil olunan iclasda TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı, Tibbi xidmətlər departamentinin müdiri Firəngiz Əliyeva, eləcə də sözügedən Komitənin sədri, Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Akif Qurbanov və komitənin digər üzvləri iştirak ediblər.
 
Tədbirdə koronavirus pandemiyası ilə bağlı ölkəmizdəki mövcud vəziyyət, “COVID-19 virusuna qarşı endogen müdafiə resurslarına əsaslanan müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsi, COVID-19 pnevmoniyasının patogenetik müalicəsinə yeni yanaşmalar və s. mövzularda müzakirələr aparılıb.
 
Sonda Azərbaycanda COVID-19 vaksininin tətbiqi strategiyası haqqında Tibbi-Elmi Komitənin təklifləri dinlənilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub