Səhər bir stəkan limonlu su içməyin orqanizmə FAYDALARI
29.08.2021 10:18
Limon immun sistemimizə dəstək olan, dərinin sağlamlığını qoruyan və dəriyə işıltı verən C vitaminin mükəmməl bir qaynağıdır. Limon bağırsaq sağlamlığı üçün çox vacibdir. Eyni zamanda, tərkibində güclü antibakterial olan pektin lifi var. Bunun sayəsində həzm sistemimizin düzgün çalışmasını təmin edir.
 
Aztibb.az xəbər verir ki, həkim-nefroloq Barat Yusubov limonun sağlamlıq üçün faydaları haqqında məlumat verib.
 
Həkimin sözlərinə görə, limonun tərkibindəki pektin iştahı kontrol edərək, arıqlamanıza kömək edir və orqanizmin pH balansını tənzimləyir. Səhər içilən limonlu su bədəndən toksinlərin ( zərərli maddələrin ) çıxarılmasını təmin edir.
 
Barat Yusubov bildirir ki, limonlu su, potasiumla zəngindir, buna görə qan təzyiqini də tənzimlənir. Xolesterolun tənzimlənməsinə kömək olur.
 
Həminin limonun tərkibindəki C vitamini stressə qarşı effektiv "silah"dır. İmmun sistemimizi gücləndirir. İnfeksiyaya səbəb olan patojenik bakteriyalardan qoruyur, soyuqdəymənin müalicəsində istifadə olunur. Xüsusilə yayda, tərləyərək itirdiyimiz minerallarla orqanizmi yenidən təmin edir.
 
Nefroloq əlavə edib ki, limonlu su enerji verir və depressiya ilə mübarizədə kömək olur. Hətta limonun iyi sinir sistemini sakitləşdirmə gücünə malikdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib