Tokioda COVID-19 xəstələri üçün “oksigen stansiyası” açılıb  
24.08.2021 13:45

Tokionun paytaxt hökuməti koronavirusun sürətlə yayıldığı şəraitdə zəif simptomlara malik xəstələrə yardım göstərilməsi üçün “oksigen stansiyası” açıb.

 

Aztibb.az xəbər verir ki, ilk belə stansiya paytaxtın Şibuya rayonu ərazisində fəaliyyətə başlayıb. Bütün sutka ərzində fəaliyyət göstərəcək stansiyada 130 çarpayının yerləşdirildiyi, onun 3 həkim və 25 tibb bacısı ilə təchiz olunduğu bildirilir.

 

Qeyd edək ki, stansiya əsasən, evdə müalicə olunan zəif simptomlara malik xəstələr üçün nəzərdə tutulub, lakin onların vəziyyəti ağırlaşdıqda təcili yardım çağırılır. Həkimlərin rəyinə görə vəziyyəti ağır olan xəstələr də xəstəxanaya yerləşdirilir.

 

Tokio hökuməti ümid edir ki, belə stansiyalar fövqəladə yardım xidmətinin və tibb mərkəzlərinin yükünü azaltmağa yardım edəcək.

 

Çarpayıların ümumi sayını 400-ə çatdırmaq üçün paytaxtda daha iki belə stansiyanın açılması nəzərdə tutulur.

 

Son məlumatlara görə hazırda Tokioda 39 minədək xəstə ya evdə müalicə alır, ya da xəstəxanaya yerləşdirilmək üçün növbəsini gözləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib