ÜST: Azərbaycanda tibbi tullantıların idarə edilməsi sisteminin yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb
23.08.2021 12:50
COVID-19 pandemiyası həm yaranan tibbi tullantıların miqdarını çoxaldıb, həm də əhalinin sağlamlığına mənfi təsirləri minimallaşdırmaq üçün bu tullantıların düzgün idarə edilməsinin əhəmiyyətini artırıb.
 
Aztibb.az xəbər verir ki, bunu nəzərə alaraq, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ÜST-ün ekspertləri Azərbaycandakı milli tərəfdaşları ilə birgə ölkədə tibbi tullantıların idarə edilməsi (TTİE) sisteminin yaxşılaşdırılmasının müzakirə edildiyi onlayn görüş keçirib.
 
ÜST ekspertləri görüşdə təşkilatın TTİE-yə dair son texniki təlimatları və ötən illərdə TTİE sahəsində ölkəyə verilən texniki dəstəyin əsas aspektləri barədə məlumat verib. Görüş iştirakçıları milli səhiyyə qurumlarının bu sahədə görməkdə olduğu işlər və TTİE üzrə milli işçi qrupunun fəaliyyətinin necə dəstəklənə biləcəyini müzakirə edib.
 
Aİ-ÜST birgə layihəsi TTİE-nin yaxşılaşdırılması sahəsində ölkəyə dəstək verməyə davam edəcək. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub