Bakteriyaları ən güclü antibiotiklərdən daha yaxşı məhv edən – ANTİVİTAMİNLƏR
26.08.2020 17:30

Bütün dünyada həkimlər infeksiyaların effektiv müalicəsini tapmağa çalışırlar. Gettingen Universiteti və Maks Plank Biofiziki Kimya İnstitutunun tədqiqatçıları antibiotiklərin əsası kimi antivitaminlərə diqqət yönəldiblər.

 

Aztibb.az meddaily.ru resursuna istinadla xəbər verir ki, antivitaminlər vitaminlərin bioloji funksiyasını məhv edən maddələrdir. Bəzi antivitaminlər real vitaminlərin strukturuna bənzər, onların təsirini bloklayan və ya məhdudlaşdıran kimyəvi struktura malikdir. Alimlər B1 vitamininin təbii antivitamininin təsir mexanizmini atom səviyyəsində tədqiq ediblər.

 

Bildirilir ki, bəzi bakteriyalar rəqabətdə olduğu digər bakteriyaları məhv etmək üçün B1 vitamininin zəhərli formasını istehsal etməyə qadirdir. Tədqiq edilmiş B1 antivitamini bakteriyaların metabolizması sistemindəki əhəmiyyətli zülalı məhv edir. İnsan orqanizminin antivitaminlərin öhdəsindən asanlıqla gəlməsi bu antivitaminləri sahibinin bədəninə zərər yetirmədən antibiotiklər yaratması üçün əlverişli edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib